• 22 Yanvar 2022
logo
Gürcüstanda epidemioloji vəziyyət kəskinləşib

Gürcüstanda epidemioloji vəziyyət kəskinləşib

Gürcüstanda epidemioloji vəziyyət ötən ilin noyabr-dekabr ayları səviyyəsində kəskinləşib.
Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, ötən həftə sutkalıq yoluxma göstəricisi orta hesabla 3000 nəfər təşkil edib ki, bu da səhiyyə sektorunu ciddi təzyiq altında qoyur.
T. Qabunia qeyd edib ki, ölkədə aktiv yoluxma hallarının sayı 32 mini ötüb və yoluxanların təxminən 25%-i xəstəxanalarda müalicə alırlar.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar ABŞ vətəndaşlarına Gürcüstana səyahət etməməklə bağlı xəbərdarlıq edib.