• 5 İyul 2022
logo
Ermənistanda COVID-19-un "Delta" və Britaniya ştammları aşkar edilib

Ermənistanda COVID-19-un "Delta" və Britaniya ştammları aşkar edilib

Ermənistanda yeni növ koronavirus infeksiyasının (COVID-19) "Delta" ştammı və Britaniya ştammı aşkar edilib.
APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün pozitiv test nümunələrinin molekulyar genetik tədqiqatı aparılıb.
"Aparılan araşdırmaların növbəti mərhələsində 30 şəxsdən alınmış nümunələrdən 25-də B.1.617 (Delta) variantı, 5-də B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub", - Səhiyyə Nazirliyi bildirib.