• 5 İyul 2022
logo
İndoneziyada güclü zəlzələ

İndoneziyada güclü zəlzələ

İndoneziya Papua əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Tual şəhərindən 180 kilometr şimal-şərqdə, yerin 13 kilometr dərinliyində yerləşib. Qeyd edək ki, dağıntı və tələfat qeydə alınmayıb.