• 7 İyul 2025
logo
Əfqanıstan hökuməti Türkiyənin Kabil hava limanını qorumasına qarşı deyil

Əfqanıstan hökuməti Türkiyənin Kabil hava limanını qorumasına qarşı deyil

Əfqanıstan hökuməti ABŞ əsgərləri geri çəkildikdən sonra Türkiyənin Kabil beynəlxalq hava limanını qorumasına qarşı deyil.
Bunu Əfqanıstan Prezidentinin baş müşaviri Kalyamuddin Şinvari "RİA Novosti"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ankara bu təkliflə əlaqədar Vaşinqtona müraciət edib.
"Əfqanıstan tərəfinin bu mövzuda razılaşması şərtlərdən biridir və hökumətin bununla bağlı Türkiyə ilə heç bir problemi yoxdur", -deyə Şinvari bildirib.
Qeyd edək ki, Türkiyə ABŞ və NATO koalisiyası Əfqanıstandan çıxdıqdan sonra Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin qorunmasını təklif edib. "Taliban" qruplaşması isə Türkiyə hərbçilərinin də Əfqanıstandan çıxmasını tələb edir.