• 5 İyul 2022
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 160 mini keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 160 mini keçib

Rusiyada son sutka ərzində daha 23 508 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 312 185 nəfərə çatıb.
Son sutka ərzində ölkədə koronavirusdan 785 nəfərin öldüyü bildirilib. Ümumilikdə, Rusiyada COVID-19-dan ölənlərin sayı 160 137 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.