Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 655 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 423 843, ölənlərin sayı isə 5 876 nəfərə çatıb. Virusa yoluxanlardan 386 998 nəfərin sağaldığı bildirilir.