• 20 Yanvar 2022
logo
Braziliyada son bir gündə 20,5 min nəfərdə COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 20,5 min nəfərdə COVID-19 aşkarlanıb

Braziliyada son sutka ərzində daha 20 503 nəfərin koronavirus infeksiyasına yoluxması, 464 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 938 358 nəfər yoluxub. Bu müddət ərzində 556 834 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 18 645 993 xəstə müalicə olunaraq sağalıb.