• 19 Aprel 2024
logo
Afinadan Türkiyə vətəndaşının öldürülməsinə: Rədd edirik!

Afinadan Türkiyə vətəndaşının öldürülməsinə: Rədd edirik!

Yunanıstan Xarici İşlər Nazirliyi rəsmi Ankaranın Ədirnədə öldürülən Türkiyə vətəndaşı ilə bağlı açıqlamasına münasibət bildirib.
Yunanıstan XİN-i Ankaranın məsələ ilə bağlı açıqlamasını rədd edib.
Yunanıstan Türkiyəyə insan alverçilərinin fəaliyyətini və qanunsuz mühacirətin qarşısını almaq barədə çağırış edib.
Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 19:20-də baş verib. Ədirnə vilayətinin Meriç rayonunun Yunanıstanla sərhəddə yerləşən Adasarhanlı kəndində 43 yaşlı Məhməd Durğun mülki geyimli yunanlar tərəfindən açılan atəş nəticəsində həlak olub.
Türkiyə XİN Yunanıstandan məsələni araşdırmağı, qatil və qatillərin cəzalandırılmasını və təzminat tələb edib.