• 24 Yanvar 2022
logo
Yaponiyada son 4 gündə rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Yaponiyada son 4 gündə rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Hazırda Yay Olimpiya Oyunlarının keçirildiyi Yaponiyada son bir gündə 12 342 koronavirusa yoluxma hadisəsi təsdiqlənib.
“Kyodo”ya xəbər verir ki, son ardıcıl 4 günün statistikası rekord həddi yeniləyib.
Belə ki, çərşənbə günü 9576, cümə axşamı 10 699, cümə günü 10 743 yoluxma hadisəsi qeydə alınıb.
Şənbə günü Tokioda da yoluxma sayında (4 058 nəfər) anti-rekord müşahidə edilib.
Yaponiya hökuməti epidemioloji vəziyyətinin pisləşməsini “delta” ştammının yayılması ilə izah edir.
Qeyd edək ki, Tokioda karantin rejim avqustun 31-dək uzadılıb.