ABŞ-ın yeddi senatoru Gürcü Arzusunun müxalifətlə imzalanan “Mişel razılaşmasından” çıxmasını sərt tənqid edən bəyanat yayıb.
Bəyanatda senatorlar Gürcüstan hökumətinin qəbul etdiyi qərardan təəssüfləndiklərini bildiriblər:
“Biz Gürcüstanda bir müddət öncəki hadisələrdən təəssüflənirik. Bu, reform səylərini dağıdır”.
Senatorlar Gürcüstanda demokratik prinsiplərin inkişaf etdirilməməsinin Tiflisin ABŞ-la münasibətlərinə zərər vuracağını bildiriblər. Onlar bundan yalnız Kremlin qazanacağını vurğulayıblar.
Qeyd edək ki, sənədi senatorlar Cim Riş, Cin Şahin, Ron Conson, Ben Kardin, Kris Van Holleni, Rob Portman və Con Barrasso imzalayıb.