Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 796 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 413 626, ölənlərin sayı isə 5 768 nəfərə çatıb. Virusa yoluxanlardan 379 685 nəfərin sağaldığı bildirilir.