İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yerləşdiyi rayona raket zərbəsi endirilib.
Bu məlumatı “Şafaq” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, rayona “Katyuşa” sistemlərindən iki raket buraxılıb.
Ərazidəki C-RAM hava hücumundan müdafiə sistemlərinin raketlərə tam müqavimət göstərə bilmədiyi vurğulanıb.