• 9 İyun 2023
logo
Makronun dinlənilməsinə İsrailin cavabı

Makronun dinlənilməsinə İsrailin cavabı

Fransa Prezidenti Emmanuel Makronun telefonu “Pegasus” casus proqramı ilə sındırılmayıb.
Bunu İsrail müdafiə naziri Benni Qantz deyib. O, İsrailin bu ittihamlara ciddi yanaşdığını bildirib.
Qantz İsrailin kiberməhsullarının yalnız dövlət müəssisələrinə qanuni istifadə şərtiylə ixrac edildiyini vurğulayıb.
Qeyd edək ki, Qantz bundan öncə Fransaya səfər edib və səfər zamanı “Pegasus” skandalını müzakirə edib.