• 19 Fevral 2025
logo
FTX erməni casusu belə ələ keçirdi

FTX erməni casusu belə ələ keçirdi - Video

Rusiyanın Rostov Vilayət Məhkəməsi Rusiya və Ermənistan vətəndaşlarını dövlətə xəyanət və Ukrayna xeyrinə casusluq ittihamı ilə həbs edib. Bu məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, Rusiya vətəndaşı Denis Lobov 9,5 il, Ermənistan vətəndaşı Ararat Xaçatryan isə 10 il 5 ay müddətinə həbs cəzasına məhkum edilib. Onların Ukraynaya S-300-lər üçün nəzərdə tutulan radiolokasiya qurğularını vermək istədikləri bildirilib. FTX əməliyyat çəkilişini də yayıb.