• 19 Fevral 2025
logo
Ermənistanda COVID-19-a yoluxanların sayı 229 370-ə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 229 370-ə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 280 yoluxma halı qeydə alınıb.
"Sputnik Armenia"-ın verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 229 370-ə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 597 nəfərdir.