Tunis Prezidenti Kais Səidlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Bu barədə Blinken Tvitter hesabında məlumat paylaşıb.
"Prezident Səidi hökumətin əsasını təşkil edən insan haqlarına və demokratik qaydalara riayət etməsi üçün təşviq etdim. Onu bütün siyasi aktorlarla və Tunis xalqı ilə açıq dialoqa çağırdım", - Blinken qeyd edib.