• 9 İyun 2023
logo
ABŞ büdcə kəsirini necə aradan qaldırır?

ABŞ büdcə kəsirini necə aradan qaldırır? - Putin açıqladı

ABŞ-da büdcə kəsirini bağlamaq üçün edilən dollar emissiyası bütün dünya iqtisadiyyatına təsir edib.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin ABŞ büdcəsində 2 il ərzində 15 faiz kəsir yarandığını qeyd edib:
“Və bu boşluq hansı qiymətə aradan qaldırılır? Emissiyalar hesabına. İnflyasiya da buna səbəb olur. Amerika iqtisadiyyatının bütün dünya üçün əhəmiyyətini və dolların ən böyük, ən çox tələb olunan ehtiyat valyuta kimi əhəmiyyətini nəzərə alaraq, bu, əlbəttə ki, bütün dünya iqtisadiyyatında tam öz əksini göstərdi".