• 13 Fevral 2025
logo
Əfqanıstan MN: Son sutkada "Taliban"ın 187 yaraqlısı məhv edilib

Əfqanıstan MN: Son sutkada "Taliban"ın 187 yaraqlısı məhv edilib

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 187 yaraqlısını məhv edib.

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Künər, Lövgər, Qəzni, Xost, Qəndahar, Üruzgan, Fəryab, Bəlx, Cövzcan, Səməngan, Hilmənd, Təxar, Künduz, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 187 "Taliban" yaraqlısı öldürülüb, 112 yaraqlı yaralanıb, 2 yaraqlı isə həbs olunub.