• 14 Fevral 2025
logo
Braziliyada koronavirusdan ölənlərin sayı 550 mini ötüb

Braziliyada koronavirusdan ölənlərin sayı 550 mini ötüb

Braziliyada son sutka ərzində daha 18 999 nəfərin koronavirus infeksiyasına yoluxması, 578 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 707 662 nəfər yoluxub. Bu müddət ərzində 550 502 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 18 398 567 xəstə müalicə olunaraq sağalıb.