• 13 Fevral 2025
logo
Gürcüstanda koronavirusdan ölənlərin sayı 5700-ü keçib

Gürcüstanda koronavirusdan ölənlərin sayı 5700-ü keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 264 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 404 023, ölənlərin sayı isə 5 714 nəfərə çatıb.

Virusa yoluxanlardan 374 753 nəfərin sağaldığı bildirilir.