• 13 Fevral 2025
logo
Ermənistan-Gürcüstan sərhədində partlayış: ölən var

Ermənistan-Gürcüstan sərhədində partlayış: ölən var - Video

Ermənistanın İstintaq Komitəsi Baqrataşen kəndi yaxınlığında avtomobildə quraşdırılmış qaz balonunun partlaması ilə bağlı video yayıb. Hadisənin ötən gün 15:10 radələrində qeydə alındığı bildirilib. Məlumata görə, 35 yaşlı Vanadzor sakini "Mersedes Benz E-350" markalı avtomobili Baqrataşen kəndindən Gürcüstan sərhədinə doğru sürürərkən partlayış baş verib. Nəticədə sürücü yerindəcə ölüb.