İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yerli “Covİran Bərəkət” peyvəndinin ikinci dozası vurulub.
Ayətullah Xameneiyə İran istehsalı peyvəndin ilk dozası iyun ayının 25-də vurulub.
Qeyd edək ki, İranın Ali Rəhbərinə xarici ölkələrin istehsalı olan COVID-19 peyvəndi vurdurmaq təklif olunub, lakin o, bundan imtina edib.