ABŞ nüvə razılaşmasına qayıtmaq üçün aparılan danışıqlar uğursuz nəticələnəcəyi təqdirdə İrana qarşı daha sərt sanksiyalar tətbiq etməyi planlaşdırır.
Bu barədə “Uol Strit” jurnalında dərc olunan məqalədə qeyd olunub.
Jurnalın ABŞ rəsmilərinə istinadla yaydığı məlumata görə, danışıqlar nəticəsiz olarsa, Tehran rəhbərliyinin cəzalandırılması üçün yeni alternativlər üzərində iş görülür.
Məlumatda bildirilir ki, qarşıya qoyulmuş planlardan biri Çinə gündə təxminən 1 milyon barrel xam neft ixrac edən nəqliyyat şəbəkələrini hədəfə alaraq İranın kritik gəlir mənbəyini kəsməkdir.