• 13 Fevral 2025
logo
Misir koronavirus əleyhinə məhdudiyyətləri yumşaldıb

Misir koronavirus əleyhinə məhdudiyyətləri yumşaldıb

Misir Turizm Nazirliyi hotellərdə yerləşən teatrların, konsert salonlarının, əyləncə parklarının, kazinoların, gecə klublarının və diskotekaların yenidən açılmasına icazə verib.

"APA-Economics"in "Kommersant"a istinadən verdiyi məlumata görə, hazırda əyləncə müəssisələri salonun maksimum tutumunun 70%-i qədər işləyə bilər. Diskoteka və gecə klubları gecə saat 2-dək açıq olacaq. Eyni zamanda, Misir hpkuməti restoranlarda, kafelərdə və digər ictimai yerlərdə qəlyan vermək qadağasını qüvvədə saxlayıb.
Bundan əvvəl Misir Turizm Nazirliyi hotel və restoranlarda maksimum tutumu 50%-dən 70%-ə qaldırmışdı.