İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 195 nəfər ölüb.
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 87161 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 22184 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3523263 nəfərə çatıb.