• 19 Fevral 2025
logo
ABŞ-la Fransa Livan prezidentinə məxfi məktub göndərdi

ABŞ-la Fransa Livan prezidentinə məxfi məktub göndərdi

ABŞ Dövlət katibi Entoni Blinken və Fransa xarici işlər naziri Jan İv Lö Drian Livan Prezidenti Mişel Auna məxfi məktub göndərib.
Bu məlumatı Fransanın “Le Journal du Dimanche” qəzeti yayıb.
Məxfi məktubda Aundan ölkənin siyasi və sosial böhrandan çıxarılması üçün təcili tədbirlər görməsi tələb edilib.
Məxfi məktub qərarının Vaşinqtondakı danışıqlarda qəbul edildiyi vurğulanıb. Məktubun nazirlərin köməkçiləri tərəfindən hazırlandığı və çox sərt tonda yazıldığı bildirilib. Prezidentdən reformlar apara biləcək yeni baş nazir təyin etməsi tələb olunub.