• 8 Fevral 2025
logo
Ukrayna Şoyqunu sorğuya çağırdı

Ukrayna Şoyqunu sorğuya çağırdı

Ukrayna xüsusi xidmət orqanları Rusiya müdafiə naziri Sergey Şoyqunu sorğuya çağırıblar.
Bu məlumatı “Qlavkom” saytı yayıb. Rusiya müdafiə nazirinin qanunsuz hərbi birləşmələr yaratmaqda ittiham edildiyi vurğulanıb.
Ukrayna Təhlükəsizlik Xidməti onu Mariupola dəvət edib. Onunla bərabər sorğuya separatçılara yaxınlığı ilə seçilən oliqarx Konstantin Malofeyev də dəvət edilib.