• 19 Fevral 2025
logo
ABŞ 12 mindən çox əfqanı təxliyə edəcək

ABŞ 12 mindən çox əfqanı təxliyə edəcək

ABŞ 2 500 Əfqanıstan vətəndaşını birbaşa öz ölkəsinə təxliyə edəcək.
NBC News telekanalı bu barədə məlumatı ABŞ administrasiyasındakı üç mənbəyə istinadən yayıb.
ABŞ Prezidenti Co Bayden bir müddət əvvəl bildirmişdi ki, amerikalılarla əməkdaşlıq etmiş Əfqanıstanın minlərlə vətəndaşını Birləşmiş Ştatlara təxliyə edəcəklər.
Mənbə iddia edir ki, artıq 2 500 əfqanıstanlı ailələri ilə birlikdə bütün təhlükəsizlik yoxlamalarından keçiblər.
Məlumatda həmçinin qeyd edilir ki, növbəti mərhələdə daha 10 min əfqanıstanlı ABŞ hərbi bazasına və ya üçüncü ölkəyə köçürüləcək.
İlkin məlumatlara görə, onların da təxliyyəsi bir neçə gün ərzində başlayacaq. (modern.az)