• 19 Fevral 2025
logo
Arutyunyan Rusiyada otel aldı

Arutyunyan Rusiyada otel aldı - Foto

Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın Rusiyanın məşhur kurort şəhərlərindən olan Jeleznovodskda mehmanxana alması haqda informasiyalar yayılıb.
Bu haqda məlumat Ermənistanın Teleqram kanallarında yayılıb.
“Qarabağda minlərlə erməni ailəsinin Azərbaycanın vurduğu ziyanın ödənilməsi üçün növbəyə durduğu bir vaxtda "prezident" Araik “mavi” dostu Meliksetyan Karenin adına Jeleznovodskdakı "Mask" otelini alıb. Tam ünvan: Rusiya Fedarasiyası, Stavropol diyarı, Jeleznovodsk şəhəri, şəhər tipli İnozemtsevo qəsəbəsi, Qaqarin küçəsi, 213A”, - erməni Teleqram kanalında yazılıb.