• 4 İyun 2023
logo
Ukrayna ilk “Bayraqdar”ını əldə etdi

Ukrayna ilk “Bayraqdar”ını əldə etdi

Ukrayna Hərbi Dəniz Qüvvələri ilk “Bayraqdar TB2” PUA-sını əldə edib.
Bu məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.
Nazirlik bunun sayəsində Ukraynanın Qara və Azov dənizi akvatoriyasında effektiv müşahidə aparmaq və düşmənin yerüstü və suüstü hədəflərini yüksək dəqiqliklə məhv etmək imkanı əldə etdiyini bildirib.