İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 201 nəfər ölüb.
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 86 592 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 23 655 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 464 055 nəfərə çatıb.