• 9 İyun 2023
logo
Rusiyada COVID-19-dan sutkalıq ən yüksək ölüm sayı qeydə alınıb

Rusiyada COVID-19-dan sutkalıq ən yüksək ölüm sayı qeydə alınıb

Rusiyada son sutka ərzində daha 25 293 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
TASS-ın verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 882 295 nəfərə çatıb.
Son sutka ərzində 791 nəfərin koronavirusdan öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 146 069 nəfərə çatıb.