İranın kifayət qədər gücü var ki, uranı 90%-ə qədər zənginləşdirsin.
Bunu İran Prezidenti Həsən Ruhani deyib.
“İranın düşmənləri istəyirdi ki, Fordodakı nüvə obyekti dayandırılsın, amma bu baş vermədi. Bizim Atom Enerji Təşkilatımız uranı 20%-dən 60%-ə qədər zənginləşdirə bilər. Əgər bizim reaktora 90%-ə qədər zənginləşdirilmiş uran lazım olsa, biz onu istehsal edcəyik”, – deyə o bildirib.