• 13 Fevral 2025
logo
Ermənistanda COVID-19-a yoluxanların sayı 226 459 nəfərə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 226 459 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 yoluxma halı qeydə alınıb.
“Sputnik Armenia”-nın verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 226 459 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4547 nəfərə yüksəlib.