ABŞ kubalıların sərbəst toplaşmaq haqqını dəstəkləyir və etirazçılara qarşı istənilən güc tətbiqini qətiyyətlə qınayacaq.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Qeyd edək ki, dünən Kubada etiraz aksiyaları başlayıb. Aksiyalar təkcə paytaxtı yox, digər şəhərləri də əhatələyib. Etirazçılar seçkinin keçirilməsi və sosial problemlərin həllini tələb ediblər.
Üstəlik, ərzaq mağazalarına insanlar tərəfindən hücum gerçəkləşib.
Kuba hakimiyyəti ölkədəki kommunistləri etirazçılara qarşı çıxmağa səsləyib.