• 19 Aprel 2024
logo
FTB Ermənistanda araşdırma aparır

FTB Ermənistanda araşdırma aparır

Federal Təhqiqatlar Bürosunun bir qrup əməkdaşı müəyyən müddətdir Ermənistanda çalışır və ABŞ-da daimi yaşayış alan bəzi yerli vətəndaşların şəxsi işlərini tədqiq edir.
Bu məlumatı “Jamanak” qəzeti yayıb. Məlumata görə, ABŞ xəfiyyələri ABŞ-a köçəndən sonra burada bahalı daşınmaz əmlak alan və investisiya yatıran şəxslərlə maraqlanıb.
FTB-nin bu şəxslərin sahib olduğu pulların mənbəyini öyrənməyə çalışdığı bildirilib.