Yaponiya hökuməti koronavirusla mübarizə məqsədilə daha 15 dövlətin vətəndaşlarının ölkəyə gəlişinə məhdudiyyət tətbiq etməyə hazırlaşır.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İndoneziya, Qırğızıstan və Zambiyadan ölkəyə gələn sərnişinlərə 10 gün, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn sərnişinlərə isə 6 günlük məcburi karantin tətbiq ediləcək.
Həmçinin Türkiyə, Liviya, Belarus və Misirdən gələn vətəndaşlar 3 gün karantində qalacaqlar.