Ermənistan baş nazir vəzifəsini icra edən Paşinyan ona qarşı çıxan nazirlik işçilərini cəzalandırmağa qərar verib.
“Xalq Cəbhəsi” “Qraparaq”a istinadən xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyində gərgin bir atmosfer hökm sürür.
Qəzet yazır ki, bundan əvvəl də 10 diplomatın xaricdəki ailələri ilə yola salınması prosesi uzanıb. Hökumət, Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın təyin etdiyi şəxslərin respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində işləməməsinə qərar verib.
Qəzetin yazdığına görə, hökumət indi bu diplomatların Facebook hesablarını diqqətlə araşdırır.
Xarici İşlər Nazirliyinin işçilərindənsəbirli olmaları və yeni bir nazir təyinatını gözləmələri xahiş olunur.
Xatırladaq ki, mayın 27-də Nikol Paşinyan Azərbaycanla təmas xəttində vəziyyəti gərginləşdirmək planını elan etdikdən sonra Ara Ayvazyan istefaya göndərilib.
Cavid