• 13 Fevral 2025
logo
GMİ LGBT ilə bağlı bəyanat yaydı

GMİ LGBT ilə bağlı bəyanat yaydı

Bütün Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Tbilisidə keçiriləcək LGBT paradı ilə bağlı bəyanat
yayıb.
GMİ-dən "Xalq Cəbhəsi"nə bildirilib ki, İdarə LGBT paradın keçirilməsini qəbuledilməz olaraq hesab edib: “Biz, Gürcüstan müsəlmanları, fərqli dinlərin nümayəndələri və inanclılarımız Gürcüstanda əsrlər boyu dinc yaşayırıq. Aramızdakı fərqlərə baxmayaraq, bu müddət ərzində hər tərəfin öz töhfəsini verdiyi dinc yanaşı yaşamaq mədəniyyətini inkişaf etdirdik. Münasibətlərimiz bizim üçün çox vacibdir, bu qorunmalıdır və gələcək nəsillərə ötürülməlidir. Müasir gerçəklik, xalqın xeyrinə böyük nailiyyətlərin yanında, tez-tez bayağı formada və qəbuledilməz təbliğatla bizə dəyərlərimizi dəyişdirməyi, dəyərlərimizi anormal və məqbul elan etməyi təklif edir.
Fərqli dinlərin nümayəndələri azadlığın bizim üçün çox vacib olduğunu, insan ifadəsi azadlığına hörmət etdiyimizi bildiririk, ancaq LGBT paradı ifadə azadlığı deyil, bəzi qurupların öz intim həyatının ictimai təbliği və başqalarına ötürülməyə çalışması mənasına gəlir. Paradın təşkilatçıları bizim əxlaqımızla uyğun gəlmir və birgəyaşayışın yaratdığı dəyərlərlə ziddiyyət təşkil edirlər. Biz insani dəyərlərə zidd olan əxlaqsızlığı norml qəbul edə bilmərik, nə də buna uyğunlaşa bilmərik.
Əlavə etmək istərdik ki, Gürcüstanda LGBT xalqı heç vaxt həyat tərzinə görə təqib olunmamışdır. Bu cür LGBT paradı isə insanların hüquqlarını qorumaq üçün deyil, gərginlik, böhran və ictimai mübahisələr yaratmağa, beləliklə bu cür insanları bir-birindən ayırmağa və qarşı-qarşıya qoymağa və eyni zamanda bu cür fəaliyyətləri ilə gələcək nəsilə təhlükə yaratmağa yönəlib”.
Cavid