• 19 Fevral 2025
logo
Kubada tropik qasırğaya görə 180 min nəfər təxliyə olunub

Kubada tropik qasırğaya görə 180 min nəfər təxliyə olunub

Kuba hakimiyyəti tropik “Elza” qasırğasının yaxınlaşması ilə bağlı adanın mərkəzi və şərq regionlarından azı 180 min sakini təxliyə edib.

Bu barədə “Associated Press” məlumat yayıb.
Qeyd edilir ki, təbiət hadisəsinin adaya əsas zərbəsi bu gün baş verəcək. Son məqama qədər azı 3 nəfər tropik qasırğanın qurbanı olub: onların ikisi Dominikan Respublikasında, digəri Sent-Lüsiyada ölüb.

Bundan başqa, yerli infrastruktura da xeyli ziyan dəyib.