• 4 İyun 2023
logo
Rusiyada yol qəzasında altı nəfər ölüb

Rusiyada yol qəzasında altı nəfər ölüb

Rusiyanın Başkordostan Respublikasında ağır yol qəzası baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb.

Yol polisindən bildirilib ki, “Scania” markalı yük avtomobili ilə “Lada Larqus” markalı minik avtomobili toqquşub.

“Lada Larqus” zərbənin təsirindən qarşıdan gələn “Niva” ilə toqquşaraq alışıb. Qəza nəticəsində “Larqus”un sürücüsü və beş sərnişini təcili yardım gələnə kimi hadisə yerində ölüb.

Qəzanın səbəbləri araşdırılır.