• 14 Fevral 2025
logo
Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Rusiyada son sutka ərzində daha 23 218 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 561 360 nəfərə çatıb.
Son sutka ərzində Rusiyada 629 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölkədə indiyə qədər qeydə alınan ən çox ölüm halıdır. Ümumilikdə Rusiyada COVID-19-dan ölənlərin sayı 136 565 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.