Liviya Afrikanın şimalında terrorçuların yeni bazası və digər ölkələrə yayılmasının mənbəyinə çevrilə bilər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə xüsusi xidmət, təhlükəsizlik orqanları rəhbərləri ilə görüşündə deyib.
O bildirib ki, ölkədə davam edən şiddətli qarşıdurmalar təhlükəsizlik boşluğunun yaranmasına gətirib çıxarıb:
“Bu boşluq fonunda müxtəlif terrorçu qruplaşmaları baş qaldırır, Liviyaya İraqdan və Suriyadan silahlılar toplanır”.