• 31 Yanvar 2023
logo
ABŞ-ın neft ehtiyatları azalmağa davam edir - RƏSMİ

ABŞ-ın neft ehtiyatları azalmağa davam edir - RƏSMİ

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 7 614 min barel azalaraq 459 060 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 3 942 min barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.