• 27 Aprel 2024
logo
Texnologiya Universitetinin 70 tələbəsi zəhərləndi

Texnologiya Universitetinin 70 tələbəsi zəhərləndi

İranın paytaxtı Tehran şəhərində Elm və Texnologiya Universitetinin 70 tələbəsi zəhərlənib.
Trend-in məlumatına görə, bunu Tehran Təcili Yardım Mərkəzinin direktoru Peyman Saberian deyib.
P.Saberianın sözlərinə görə, zəhərlənməyə səbəb yataqxanada verilən yemək olub.
Direktor əlavə edib ki, hadisə ilə əlaqədar yataqxanaya 3 təcili yardım maşını və 2 avtobus göndərilib. 59 tələbəyə yataqxanada yardım edilib, 11 nəfər isə xəstəxanalara yerləşdirilib.