• 6 Fevral 2023
logo
Çexiyada idman təyyarəsi qəzaya uğrayıb, ölən var

Çexiyada idman təyyarəsi qəzaya uğrayıb, ölən var

Çex Respublikasının cənubundakı Pisek şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, təyyarədə iki nəfər olub, nəticədə onlardan biri ölüb.
Ağır xəsarət alan digər şəxs xəstəxanaya yerləşdirilib.

Təyyarənin qəzaya uğramasının səbəbləri hələ məlum deyil.