• 29 Mart 2024
logo
Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

BMT Baş Assembleyasının bu gün keçirilən iclasında Antonio Quterreş ikinci müddətə BMT-nin Baş katibi təyin olunub.

APA-nın məlumatına görə, bu barədə BMT Baş Assambelyasının 75-ci sessiyasının sədri Volkan Bozkır iclasda bəyan edib.
V. Bozkır bildirib ki, A. Quterreş BMT Baş Assembleyası tərəfindən 1 yanvar 2022-ci ildən 31 dekabr 2026-cı il tarixinə qədər ikinci müddətə BMT-nin Baş katibi təyin olunur.

Qeyd edək ki, A. Quterreş BMT Baş katibi postuna yeganə namizəd olub. Onun namizədliyi təşkilatın Təhlükəsizlik Şurası tərəfindən də dəstəklənmişdi.

BMT-nin Baş katibi beş ildən bir seçilir.