• 21 İyul 2019
logo
add image
Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

ABŞ İranın hava məkanının pozulacağı təqdirdə Tehranın sərt cavab vermək qabiliyyətində olduğunu bilir.
Trend-in məlumatına görə, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.
O bildirib ki, ABŞ özünün ən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib:
“Hamı gördü ki, bu pilotsuz aparat dayandırıldı və bəyan edirik ki, biz bunu dəfələrlə təkrar edə bilərik”.
Xatırladaq ki, ötən həftə İran öz hava məkanında ABŞ-a məxsus pilotsuz dronu vurduğunu bəyan etmişdi.