• 10 Oktyabr 2024
logo
Yaponiya susuz qaldı - SƏBƏB?

Yaponiya susuz qaldı - SƏBƏB?

Yaponiyanın 13 rayonunda təxminən 130 min mənzil və fərdi evdə su təchizatı kəsilib. Trend-in məlumatına görə, buna səbəb ölkədə tüğyan edən "Haqibis" qasırğasının əsas su xəttini zədələməsi olub.
Qasırğa nəticəsində eləcə də elektrik təchizatında problem yaranıb. Təxminən 34 min mənzilin də işıqsız qaldığı qeyd edilir.
Qasırğadan daha çox ziyan çəkmiş rayonlarda 230-dan çox məktəb, onlarla supermarket işini dayandırıb, 120-dən çox bankomat sıradan çıxıb. Ümumi dəyən ziyan hazırda hökumət tərəfindən hesablanır.
Son məlumatlara görə, qasırğa nəticəsində 66 nəfər ölüb, 14 nəfər itkin düşüb.