• 28 Yanvar 2023
logo
Rusiyada son sutkada 12 505 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 12 505 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində daha 12 505 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 180 454 nəfərə çatıb.
Son sutka ərzində 396 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 125 674 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.